!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni deputatdan İrəvandakı vandalizmə MÜNASİBƏT: “Bu, küfrdür”

!Reklam – Yazi

Erməni deputat İrəvanda abidənin təhqir olunmasını “küfr” adlandırıb.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Qurgen Arsenyan İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunmasına münasibət bildirib.

O, bu vandalizm hadisəsini “küfr” adlandırıb.

Onun sözlərinə görə, partiya hüquq-mühafizə orqanlarının təcavüzkarın cəzalandırılmasında üzərinə düşən vəzifələri yerinə yetirməsini təmin edəcək.
Arsenyan bildirib ki, hadisə əvvəlcədən planlaşdırılmış təxribata çevrilə bilər.

“Biz bunu küfr hesab edirik. Bu əməlləri törədən şəxs ciddi şəkildə cəzalandırılmalıdır. Bu abidə xalqın, o cümlədən erməni xalqının faşizmə qarşı mübarizəsinin rəmzidir.
Mühasirəyə alınmış Leninqradda Sovet İttifaqı vətəndaşları, o cümlədən ermənilər yaşayırdı. Bu cür hərəkətlər yolverilməzdir və qeyri-insanidir. Bu, yaddaşın təhqiridir”, – deyə Arsenyan qeyd edib.

O, hücum edən şəxsin mənəvi və psixi durumunu yoxlamağa çağırıb. Eyni zamanda, o, hərəkətlərinin əvvəlcədən planlaşdırılmış təxribata çevrilə biləcəyini də etiraf edib.

“Bunun planlaşdırılmış təxribat olduğuna dair başqa versiya da var. Hazırda bu məlumat yoxlanılır. Ola bilsin ki, kimsə və yenidən Ermənistan-Rusiya münasibətlərini, xalqlarımız arasında çoxəsrlik dostluğu pozmağa çalışır”, – Arsenyan qeyd edib.

O qeyd edib ki, işə hüquq-mühafizə orqanları cəlb olunub.

Xuraman Etibarlı

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv