!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni deputatlar arasında ƏLBƏYAXA DAVA: Qadınlar "saçyoldu"ya çıxdılar - VİDEO

!Reklam – Yazi

İrəvan Ağsaqqallar Şurasının iclasında əlbəyaxa dava düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Həmişə kişilər arasında davaya şahidlik edənlər bu dəfə qadınların “saçyoldu”suna tamaşa ediblər.

Dava noyabrın 21-də İrəvan Ağsaqqallar Şurasının iclasında Respublika partiyası fraksiyasının rəhbəri Ani Xaçatryan çıxış edərkən düşüb.

Söz davasına çıxan deputatlardan biri Ani Xaçatryan tribunadan enib yerində əyləşməyə gedəndə onun üstünə stəkandan su atıb. Cavab olaraq Xaçatryan da “cinayətkarı”ın üstünə su töküb.

Bundan sonra iclasda “saçyoldu” başlayıb. Nəticədə İrəvan meri Tiqran Avinyan bütün mikrofonları söndürməyi əmr edib.

Avinyanın göstərişi ilə canlı yayım dayandırılıb.

Xuraman Etibarlı

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv