!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni əsilli rusiyalı ssenarist AXTARIŞA VERİLDİ - FOTO

!Reklam – Yazi

Erməni əsilli rusiyalı ssenarist cinayət əməlinə görə axtarışa verilib.

Yenicag.az xəbər verir ki, bu barədə DİN-in məlumat bazasında məlumatlar yer alıb. Rusiya Daxili İşlər Nazirliyi “Cənab” adlı internet seriyasının müəllifini axtarışa verib.

Friman Pavel Muntyan Rusiya Federasiyasında xarici agent kimi tanınıb. Onun barəsində Rusiya ordusuna qarşı saxtakarlıq maddəsi ilə cinayət işi başlanıb.

Axtarışın hansı maddə ilə aparıldığı barədə məlumat verilmir.

Məlumat bazasında deyilir: “Pavel Andreyeviç Muntyan Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”.

Muntyan aprel ayında xarici agentlərin reyestrinə daxil edilib və bu yaxınlarda məhkəmə onu ordunu nüfuzdan salmaq maddəsi ilə 40 min rubl (təxm. 740 man.) cərimələyib.

Məlumata görə, Ukrayna ərazisində hərbi əməliyyatlar başlayanda Pavel Muntyan Kiyevi dəstəkləyib və Ukrayna Silahlı Qüvvələrinə yardım üçün vəsait toplamaq üçün fond yaradıb. İndi Pavel Muntyan Rusiyadan kənardadır.

Xuraman Etibarlı

www.yenicag.az

142
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv