!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni əsirdən həmvətənlərinə müraciət: Öz uşaqlarınızı Azərbaycan ərazisinə döyüşməyə buraxmayın - VİDEO

!Reklam – Yazi

Əsir götürülən erməni hərbçilər Qarabağda döyüşməkdən imtina etmələrinə baxmayaraq, onları cəbhəyə zorla göndərdiklərini etiraf ediblər.

Yenicag.az xəbər verir ki, bunu Edik Tonoyan söyləyib.

“Mən Edik Solakoviç Tonoyanam. 1975-ci ildə Ermənistanın Metsavan (Şahnəzər) kəndində anadan olmuşam. Sentyabrın 27-də müharibə başlayandan sonra məni və oğlumu tutub hərbi komissarlığa apardılar. Hərbi komissarlıqla razılaşdım ki, oğlumu yox, məni aparın. Razılaşdım ki, Ermənistan ərazisində xidmət edəcəyəm. Qarabağa getmək istəmirdim, çünki bizim torpaq deyil. Əgər lazımdırsa, Ermənistan uğrunda xidmət etməyə hazıram, amma Qarabağ üçün yox. Daha sonra məni Gorusa apardılar və bizə silah payladılar. Biz silahı götürmək istəmədik, ancaq dedilər ki, bu təhlükəsizlik üçündür, özünümüdafiə üçün lazım ola bilər. Daha sonra bizi Azərbaycan ərazisinə – Horadiz rayonuna apardılar. Biz orada səngər qazmağa başladıq. Bombalanma başladıqdan sonra biz durub qaçdıq. Mənimlə olanlar gənclər idi, qaça bildilər, ancaq mən qaça bilmədim. Təslim olmağa qərar verdim. Bütün erməni xalqına müraciət edirəm. Əziz həmvətənlərim, öz uşaqlarınızı Azərbaycan ərazisinə döyüşməyə buraxmayın. Biz əvvəllər yaxşı yaşayırdıq, yaxşı qonşu münasibətlərimiz var idi”.

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv