!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni əsirliyindən qurtulanların sosial şəbəkə AKTİVLİYİ: “Onları “xalq düşməni” elan etmək...”

!Reklam – Yazi

“Onlar təlimatlandırmalı və indiki həssas dönəmdə kütlənin diqqətindən kənarda qalmalıdırlar”.

Bu fikirləri bir neçə gün öncə əsirlikdən azad olunan Hüseyn Axundov və Aqşin Bəbirovun sosial şəbəkə üzərindən verdikləri açıqlamaların cəmiyyətdə qınaqla qarşılanmasının səbəblərindən danışan “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, həssaslığın yüksək olduğu bu məsələyə kompleks şəkildə yanaşmaq lazımdır:

“Çünki burada iki tərəf var, azad olunan əsirlər və onları ittiham edənlər. Azad edilmiş əsirlərin sosial şəbəkələrdə belə tezliklə bilərəkdən, yaxud bilməyərəkdən müxtəlif fikirlər səsləndirməsi təhlükəsizlik baxımından ümumi maraqlara uyğun deyil.

Çünki hər birimiz onların əsirlikdə nələr yaşadığını bilirik. Ən azı psixoloji vəziyyətləri düzələnə və fikirləri aydınlaşana qədər gözləmələri lazım idi. Hüseyn və Aqşinin sosial şəbəkələrdə populyarlıq naminə adına fəallıq göstərdiklərini birmənalı söyləmək düzgün olmaz.

Onlar gəncdirlər, yaşları çox deyil, bəlkə də vətənə qayıtmağın sevincini, Azərbaycanın gücünü nümayiş etdirməyə çalışırlar. Bu davranışlarına görə onları az qala “xalq düşməni” elan etmək yanlış yanaşmadır. 32 nəfərə qarşılıq olaraq 2 nəfərin dəyişdirilməsi Azərbaycanın hər bir vətəndaşına göstərdiyi diqqətin nümunəsidir.

Azad olunan əsirlər “TikTok” platformasında fikir səsləndirdikləri üçün bu qədər ağır ittihamlara məruz qalmağa layiq deyillər. Düşməni bu cür hərəkətlərlə özümüzə güldürməməliyik.

Yaranmış vəziyyətlə əlaqədər ictimai təşkilatlar və aidiyyatı qurumlar koordinasiyalı şəkildə fəaliyyət göstərib bu kiçik problemi həll edə bilərlər. Onlar təlimatlandırmalı və indiki həssas dönəmdə kütlənin diqqətindən kənarda qalmalıdırlar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

2135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv