Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Erməni ictimaiyyəti Azərbaycanın siyasi gücünü qəbul edir” – Azər Verdiyev

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin birgə iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı görüşün və müzakirələrin aparılması bu istiqamətdə siyasi analitiklərin özəl təhlillərinin artmasına təkan verib.

Məsələyə fərqli münasibət bildirən QALİB-in sədri, politoloq Azər Verdiyev çoxtərəfli siyasi görüşlərin danışıqlar prosesinə töfhə verəcəyini dedi:

“Rusiya bu gün ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərdən biridir. Eyni zamanda, bu münaqişənin yaranmasında açar qüvvə kimi, öz rolunu sona qədər yerinə yetirməlidir. Məhz bu baxımdan da, Rusiya, həqiqətən də, Qafqazda nüfuzunu bərpa etməyə çalışırsa, bu məsələlərdə daha aktiv olmalıdır. Rusiya XİN rəsmi olaraq öz bəyənnaməsində Azərbaycan ərazi bütövlüyünü tanıyıb. O cümlədən, beynəlxlaq təşkilatlar da qlobal hüquq normaları çərçivəsində ölkəmizin sərhədlərini de-fakto tanıyıblar. Belə olan təqdirdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yeganə çıxış yoludur. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyünə daxil olan bir prosesdir. İstənilən vaxt Azərbaycan Dağlıq Qarabağda anti-terror əməliyyatlarını həyata keçirə bilər. Keçən ilin aprelində biz bunun şahidi olduq. Rusiya və digər dövlətlər bu münaqişəyə müdaxilə edə bilmədi.Bugün Azərbaycan bütün sahələrdə Ermənistanı bur neçə dəfə üstələyibdir. Dünya birmənalı şəkildə Azərbaycanın siyasi gücünü qəbul edir. Məsələnin maraqlı tərəfi ondan ibarətdi rki, erməni ictimaiyyəti də bu reallığl qəbul edir və siyasi hakimiyyətə ciddi cəhdlə təzyiqlər edirlər”.

Yeniçağ.az

Loading...

www.yenicag.az

473