!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni jurnalistin Rəsulzadə barədə iftirasına Zaxarovadan hədsiz cavab: Rusiyanın məqsədi nədir?

!Reklam – Yazi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçirdiyi brifinqdə erməni jurnalist Prezident İlham Əliyevin M.Ə.Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladığını xatırladaraq, ADR qurucusu Böyük Vətən Müharibəsi illərində nasistlərin lideri Adolt Hitlerlə SSRİ-yə qarşı “əməkdaşlıq edib” və Azərbaycan legionunun yaradılmasından “iştirak edib” deyə iftira dolu fikir səsləndirib.

Maraqlıdır ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bu iftiraya uyaraq “Biz bu məsələ ilə bağlı qiymətləndirmələrimizi Azərbaycan tərəfinə çatdırmışıq və onlarla əlaqə saxlayırıq” – deyib.

Rəsulzadə şəkk-şübhəsiz, Azərbaycan xalqının milli kimlik faktorudur, millətin tanınma nişanı, brendidir, şəxsiyyət vəsiqəsidir. Ona qiyməti tarixin özü verib. Hətta sovet tarixçiləri də Rəsulzadənin milli bir şəxs, aydın düşüncəli, ziyalı olduğunu etiraf ediblər. Ən önəmlisi, Rəsulzadə öz adını bəşər tarixinə, istiqlal mübarizəsi tarixinə qızıl hərflə yazmış, həyatı və fəaliyyəti ilə insanlıq üçün parlaq nümunə qoymuş bir şəxsiyyətdir.

dd2219599ac3f129c8f29dcc41ace0b4.jpg (44 KB)

Rəsulzadənin bütün mübarizəsi və tərcümeyi halı açıqdır. O “SS”-lə əməkdaşlıqda iştirak etməyib, ermənilərin qəhrəman saydığı Qaregin Njde kimi faşistlərin işğal etdikləri ərazilərdə mülki əhalinin, yəhudilərin soyqırımını törətməyib. Rəsulzadə üzvləri Nürnberq məhkəməsi tərəfindən məhkum edilən “SS” – də olmayıb, hərbi cinayətlərdə iştirak etməyib.

Ona görə də, erməni jurnalistin Rəsulzadə haqqında işlətdiyi ifadələr gülüncdür. O, belə danışmaqla bu gün Ermənistanda qəhrəmanlaşdırılan faşist casusu və kütləvi qətllərin müəllifi Qaregin Njde kimilərin cinayətlərini, ona qoyduqları heykəllə bağlı rüsvayçılığı ört-basdır etmək istəyir.

M.Ə.Rəsulzadənin Almaniyanın 1933-1945-ci illərdəki dövlət başçısı Adolf Hitlerlə birbaşa görüşü və münasibəti olmayıb. Onun Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Qerhard Von Mende və Almaniyanın sabiq Moskva səfiri, Xarici İşlər Nazirliyinin təmsilçisi Şulenberq vasitəsi ilə olub. M.Ə.Rəsulzadənin Almaniya hökuməti ilə əlaqə qurmaqda başlıca məqsədi sayı 70 minə qədər olan azərbaycanlı əsirləri xilas etmək və Azərbaycanın müstəqilliyinin Almaniya hökuməti tərəfindən qəbul edilməsi idi. Bununla əlaqədar o, Almaniyada olarkən “Milli Azərbaycan Komitəsi”ni yaratmış, Almaniya hökuməti ilə danışıqlar aparmışdı. Lakin Hitler “komitələr” deyil, məhdud səlahiyyətli “milli komissiya”lar yaratmağa üstünlük vermişdi.

Hitlerə və onun faşist ideologiyasına olan münasibətini isə M.Ə.Rəsulzadə belə bildirirdi: “Hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O, faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdi”. Almaniyada Məmməd Əminə Rəsulzadəyə təklif edirlər ki, Azərbaycan işğal olunandan sonra biz səni orda protektor kimi, asılı Azərbaycanın rəhbəri kimi görə bilərik və əməkdaşlıq edə bilərik. Onda Rəsulzadə bir şərtlə razılıq verib ki, Azərbaycan müstəqil olacaq, Almaniyanın protektoru olmayacaq. O görüş çox uğursuz baş tutmuşdu və Rəsulzadə də Almaniyanı tərk etmişdi.

Rəsulzadənin nasistlərlə əməkdaşlıq etməsi barədə iddialar cəfəngiyatdır. Ermənilər daha çox Hitlerlə əməkdaşlıq ediblər. Harda bir terror təşkilatı, axmaq iş varsa, orda erməninin əli var. M.Ə.Rəsulzadə o qədər böyük şəxsiyyət idi ki, onunla həm Stalin, həm də Hitler əməkdaşlıq etmək istəyirdi. O isə onların hər ikisindən güclü şəxsiyyət olduğu üçün bu əməkdaşlıqlardan imtina etmişdi. Məhəmməd Əmin bəyi Stalin keçmiş münasibətlərə xatir Moskvaya apardı. Amma o, orada qala bilmədi. Finlandiya üzərindən 1922-ci ilin sonlarında Türkiyəyə gələ bildi və oradan Stalinə bir məktub yazdı, həmin məktubda dedi ki, yüz il bundan öncə olduğu kimi ətrafına müstəmləkələr “toplayan” Rusiyada qalmaq onun üçün mənasız idi. Millətlərə münasibətdə Sovet Rusiyasının Çar Rusiyasından fərqlənmədiyini və daha betər olduğunu Stalinə yazdı Məhəmməd Əmin.

1923-cü ildə onun Əli bəy Hüseynzadənin öz sözü ilə çıxan “Azərbaycan Cümhuriyyəti” kitabı Sovet milli siyasətinin ifşası baxımdan bir manifest idi. İzmir kitab sərgisində mükafat almış kitabın nüsxələrini Qafqazda işləyən tanınmış bolşeviklər çantalarında gəzdirirdilər. Təcili onu tərcümə edib Stalinə verdilər. O tərcümənin səhifələrində Stalinin üzünə möhkəm milli bir şapalaq dəydi. Rəhbərlik etdiyi Millətlər Komissarlığının milli əsarət yuvası olduğunu Stalinin üzünə deyirdi Məhəmməd Əmin Rəsulzadə.

Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubleyinin ölkə səviyyəsində keçirilməsi həm erməniləri, həm də rusları qıcıqlandırıb. Çünki sərəncamdan sonra Prezident yerli telekanallara müsahibəsində vurğuladı ki, bizim torpaqlarımız var, yəni biz Azərbaycan Xalq Cumhuriyyətinin varisiyik. Bu da o deməkdir ki, Azərbaycan Xalq Cumhuriyyətinin hər şeyinin varisiyik, ondan nə qalıbsa hamısına iddialıyıq. Bu da onları qıcıqlandırır. Ona görə qıcıqlandırır ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cumhuriyyətini yaradanda konkret olaraq hansı ərazilərin Azərbaycan ərazisi elan olunduğu məlumdur.

Samir Əsədli
VHP sədrinin müavini- Mərkəzi İcra Aparatı rəhbəri

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv