!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni jurnalistin XÜLYASI: "Əliyev kimi liderimizin olmasını istəyirəm"

!Reklam – Yazi

“Mən Əliyev kimi liderimizin olmasını istəyirəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri erməni jurnalist və ekspert Zara Marqaryan yazıb. O, Azərbaycan Prezidenti İlham Əliyev kimi bir liderlərinin olmasını istədiyini dilə gətirib və azərbaycanlılara paxıllıq etdiyini bildirib.

“Mən Əliyev kimi liderimizin olmasını istəyirəm.

Bəli, təəccüblüdür ki, mən azərbaycanlıların yerində olmaq istəyirəm.

İstəyirəm ki, ölkəmin lideri əlini masaya qoyub “bizimdir” desin, sonra da “bu bizimdir” desin”.

Daha sonra erməni jurnalist əsl və əbədi xislətini ortaya qoyaraq bunları yazıb:

“İstəyirəm ki, düşmən dövlətin dövlətlərarası yolunda mənim və ölkəm üçün heç bir əhəmiyyəti olmayan keçid məntəqəsi qurum ki, düşmən kilometrlərlə dolanıb itki versin.

İstəyirəm ki, danışıq aparanlarım Bayramovunku kimi təcrübəli olsunlar.

İstəyirəm ki, bütün beynəlxalq platformalarda hökumətimin nümayəndələri göz yaşlarını saxlayaraq blokadada olan vətəndaşlarımız haqqında danışsınlar.

İstəyirəm ki, saxta profillə işləyən oğlanlar gözəl qızların fotoları ilə düşməndən gizli məlumat alsınlar. Mənə müharibə zamanı saysız-hesabsız pilotsuz təyyarələr bağışlayacaq və generallarını köməyə göndərəcək strateji tərəfdaş lazımdır.

İstəyirəm ki, rəhbərim danışıqlar zamanı ələ salınmasın, alçaldılmasın, məğlubiyyəti gözünə soxulmasın.

İstəyirəm birinci xanımım badımcan şorbası bişirməsin, əri ilə Şuşada cəsarətlə qalxıb festivalın açılışını elan etsin.

İstəyirəm ki, düşmən öz evində acından ölsün. Mən azərbaycanlıları məhv etmək istəyirəm”.

Məsimə

www.yenicag.az

777
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv