Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Erməni lobbisinə boyun əyən BAYDEN: "Azərbaycanın sammitə çağrılmaması..." - ŞƏRH

Reklam: Sinerji Pro

“Ola bilər ki, Amerikanın Türkiyə ilə maraqları tutuşmasın, ancaq bu amil Azərbaycanla da münasibətləri korlamağa dəlalət etmir”.

Bunu ABŞ Prezidenti Co Baydenin 9-10 dekabrda keçiriləcək demokratik ölkə liderlərinin virtual Demokratiya Sammitinə Azərbaycan və Türkiyəni dəvət etməməsinə münasibət bildirən Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, politoloq Elman Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Politoloqa görə, Azərbaycanın sammitə çağrılmaması Türkiyə amilinə və erməni lobbisinə görə ola bilər, lakin bütün hallarda bu səbəblər əsassız hesab olunmalıdır:

“Bu sammitin keçirilməsi çoxdan planlaşdırılırdı. Sammitin keçirilməsində əsas məqsəd demokratiyanı gücləndirmək, ola biləcək təhlükələri aradan qaldırmaqdır. Ancaq, təəssüf ki, çağırılan dövlətlərin arasında Türkiyə və Azərbaycana yer ayrılmayıb. Bununla yanaşı, Rusiya, Çin və İran da çağrılmayıb. Bu isə ayrı-seçkilikdir. Çağrılmayanlar Amerika ilə gərgin münasibətləri olan dövlətlərdir. Azərbaycanın çağrılmamasını isə Türkiyə amilinə və erməni lobbisinə görə edə bilərlər. Ancaq bu yanaşma düzgün deyil. Azərbaycanın və Türkiyənin Amerika ilə problemi yoxdur. Sadəcə başqaları bizimlə problem yaratmağa çalışırlar. Türkiyənin “S-400″lər məsələsi Amerikanı narahat etsə də, bu, Türkiyənin azad seçimidir. Türkiyənin istədiyi dövlətlə silah ticarəti etmək hüququ var. Ümumiyyətlə, bizim bizə qarşı olmayanlarla heç bir problemimiz yoxdur.

Xatırlayaq ki, Amerika daha əvvəl də Ermənistanın təhriki, yalanları ilə Azərbaycana qarşı “Azadlığa dəstək aktına” 907-ci düzəliş qəbul etmişdi. Halbuki Azərbaycan Amerika ilə normal siyasət yürütməyin tərəfdarıdır. Ola bilər ki, Amerikanın Türkiyə ilə maraqları tutuşmasın, ancaq bu amil Azərbaycanla da münasibətləri korlamağa dəlalət etmir. Amerika bu hərəkəti ilə sammitə çağrılmayan dövlətlərə “qeyri-demokratik” demək istəyir. Amma bu çox yanlış bir addımdır. Azərbaycan demokratiya yolunda addımlayan beynəlxalq nüfuza malik dövlətdir. Hesab edirəm ki, Azərbaycanın da o siyahıda olması lazımdır”.

Gülşən Şərif

www.yenicag.az

2867
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100