!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni mediasının yalanını elə erməni İFŞA ETDİ - VİDEO

!Reklam – Yazi

Ermənilərin daha bir yalanı ifşa olub.

Yenicag.az xəbər verir ki, bir neçə gündür erməni mediası guya Xankədidə yaşayan erməni Muşeq Qurqeni Qriqoryana (Mişa) işgəncə verildiyini iddia edib. Bu yalana elə Muşeq Qriqoryan özü cavab verib.

Bir neçə gündür erməni mediası bar-bar bağırır ki, Qarabağa qayıtmaq istəyənlər üçün problemlər yaranacaq, azərbaycanlılar erməniləri sıxacaq və sair. Lakin realda hər şey əksinədir.

Azərbaycan Prezidentinin də dediyi kimi, kim istəsə, Azərbaycan pasportu alıb, tam hüquqlu vətəndaş kimi Azərbaycan ərazisində yaşaya bilər.

Haqqında uydurma işgəncə iddiaları yayılan Mişa Qriqoryan özü ermənilərə birbaşa müraciət edib və onların yalan məlumat yaydıqlarını bildirib. O, Ermənistan siyasi hakimiyyətinin məkrli planı və xislətini ifşa edib.

“Burada heç kim mənə toxunmur, çox rahat və əvvəlkindən yaxşı yaşayıram. Burada mən özümü azərbaycanlıların qardaşı kimi hiss edirəm. Mənə hörmət edirlər. Baxın əlim, ayağım yerindədir, heç kim kəsməyib, işgəncə verməyib. Burada çox rahat və sərbəstəm, hara istəsəm gedirəm, gəlirəm”,  – Mişa deyib.

Sonra o, Ermənistandakı ermənilərə səslənib.

“Azərbaycanlılarla mehriban qonşu kimi yaşayın, bir-birinizə hörmət edin, sevin. Mən yenə müsahibə verəcəm və deyəcəklərim olacaq”, – Qriqoryan qeyd edib.

Muşeq Qriqoryanın videomüraciətini təqdim edirik:

Xuraman Etibarlı

www.yenicag.az

279
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv