!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni mətbuatından SENSASİON İDDİA: Paşinyan bütün müxaliflərini aradan götürür – “Daşnaksutyun”ü bağlamaq QƏRARI

!Reklam – Yazi

Ermənistan hakimiyyəti müxalif “Daşnaksutyun” partiyasını ləğv etmək istəyir.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni yazır ki, “Daşnaksutyun” üzvlərinə qarşı hakimiyyət tərəfindən növbəti repressiya dalğası başlayıb.

Qəzet diqqətə çatdırıb ki, martın 13-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları “Daşnaksutyun” üzvü Qaqik Sarkisyanın evinə soxulub, evdə axtarış aparıb və daha sonra onu həbs ediblər.

Qəzetin yazdığına görə, sonradan məlum olub ki, Qaqik Sarkisyan Qaqik Melkonyanla bərabər və polis idarəsi yaxınlığında partlayıcı maddələr yerləşdirmək ittihamı ilə həbs edilib.

Martın 14-də İrəvan məhkəməsi hakim Hovhannes Avaqyanın sədrliyi ilə Sarkisyanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin vəsatətini qismən təmin edərək, onu bir ay müddətinə həbs edib. Eyni iş üzrə daha 3 nəfər cinayət məsuliyyətinə cəlb edilir, onlardan ikisi saxlanılır.

Məlumatda qeyd edilir ki, vəkil Mkrtiç Davtyan açıqlamasında ittihamın “uydurma olduğunu bildirib”. Onun sözlərinə görə, ittihamın yalnız bir məqsədi var: “Daşnaksutyun” ləğv etmək.
“Qaqik Sarkisyanın iddia edilən cinayətlə heç bir əlaqəsi yoxdur. Mən belə nəticəyə gəldim ki, bu iş “Daşnaksutyun”u partiya olaraq qadağan etmək üçündür. Necə ki, Levon Ter-Petrosyan illər əvvəl – 1994-cü ildə bunu etdi. Yeri gəlmişkən, bu, birinci hal deyil. Bir sıra hallarda hakimiyyət uydurma, ittihamlarla müxalifətçilər barəsində cinayət təqibi aparırlar”, – deyə vəkil bildirib.

Vəkilin sözlərinə görə, “Daşnaksutyun”un mübarizəsini görən hakimiyyət partiyadan yaxa qurtarmaq variantı axtarır.

“Əsasən bu saxta işlə “Daşnaksutyun”un hakim olduğu parlament müxalifətindən və bu hakimiyyətin qorxusuna səbəb olan partiyadan xilas olacaqlar”, – vəkil deyib.

Rafi Müslümov

www.yenicag.az

97
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv