!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni mətbuatından SENSASİON İDDİA: Qərb İrəvandan bunu tələb etdi – Paşinyan şantajla üz-üzə

!Reklam – Yazi

“Paşinyanı konstruktiv mövqeyinə, Azərbaycanla sülh siyasəti apardığına görə hədəfə alıblar və bu istiqamətdə şantaj edirlər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistanda milli təhlükəsizlik xidmətinin ləğv ediləcəyi barədə iddia və bunun səbəblərini şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

 

İlham İsmayıl bildirib ki, Qərb Ermənistana “xüsusi xidmət orqanını ləğv et”, deyə bilməz.

O qeyd edib ki, heç bir dövlət xüsusi xidmət orqanını ləğv etməz:

“Yalnız kəşfiyyat saxlanılsın, əks-kəşfiyyat buraxılsın, düşüncəsi ola bilməz. Ermənistan heç vaxt buna gedəsi deyil. Kadr islahatı aparılacaq. Paşinyan güc strukturlarını, xüsusilə polis və xüsusi xidmət orqanlarını özünə sədaqətli etməyi bacarıb. Müdafiə Nazirliyi haqqında bunu demək olmur. Müdafiə Nazirliyində xeyli təmizləmə aparıblar, ancaq tam təmizləmə aparılmayıb.

Azərbaycanda da ad dəyişdi, SSRİ-nin xüsusi xidmət orqanının 5 dəfə adı dəyişib. İddia edirlər ki, Qərb Ermənistandan tələb edib ki, milli təhlükəsizlik xidmətini ləğv elə. Bu, mümkün deyil”.

“Hraparak” qəzeti hakimiyyət uğrunda mübarizədə bir alətdir. Onlar Paşinyanı konstruktiv mövqeyinə, Azərbaycanla sülh siyasəti apardığına görə hədəfə alıblar və bu istiqamətdə şantaj edirlər”.

Səxavət Məmməd

www.yenicag.az

300
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv