!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Erməni müğənni Aygün Kazımovanın mahnısını OĞURLADI - VİDEO

!Reklam – Yazi

Ermənilər bu dəfə Xalq artisti Aygün Kazımovanın “Səndən nigaranam” mahnısı oğurlayıblar.

Yenicag.az xəbər verir ki, Tiqran Asatryan adlı erməni ifaçı mahnını oxuyaraq “Andzrev” adı ilə yutub kanalında yerləşdirib. O, müəllifin adını isə qeyd etməyib.

Xatırladaq ki, A.Kazımova “Nigaranam” mahnısını 2005-ci ildə təqdim edib. Bəstənin sözləri Baba Vəziroğlu, musiqisi isə Kəmaləddin Heydərova məxsusdur.

Mahnını daha sonra Xalq artisti Brilliant Dadaşova, Əməkdar artistlər Aygün Bəylər, Lalə Məmmədova, müğənnilər Ayan Babakişiyeva, Elnur Məmmədov, Elçin Cəfərov, Gülay Zeynalova və başqaları oxuyub.

2006-cı ildə Aygün Kazımova mahnıya yeni nəfəs verərək, mahnının remiks versiyasını Türkiyədə keçirilən “The Best Model Of The World” dünya gözəllik müsabiqəsində dinləyicilərə təqdim edib.

Cəvahir

www.yenicag.az

683
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv