Erməni müxalifətçidən adınalayiq etiraz – İclasa nəcis gətirdi

Ermənistanın müxalifətdə olan partiya nümayəndəsi bələdiyyə binasına nəcis dolu qablarla daxil olmağa çalışıb.

Yenicag.az rus mediasına istinadən xəbər verir ki, “Ərik Ölkəsi” fraksiyasının nümayəndəsi Mariam Xaçatryan bələdiyyə binasında keçiriləcək iclasa nəcislə gəlib. O, gətirdiyi nəcisi İrəvan şəhər bələdiyyə sədri Taron Markaryana vermək istəyib. Lakin Respublikaçılar partiyasının deputatları ona mane olub. Bu zaman Xaçatryanın əlində olan nəcis dolu şüşə qablar yerə tökülüb və iclas təxirə salınıb.

Hadisə zamanı kəskin qoxudan halı pisləşən deputat Martin Vardazaryan xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Xaçatryan bu addımla yararsız halda olan kanalizasiya borularının təmir edilmədiyinə diqqət çəkərək, İrəvanda yaşayanların hər gün bu qoxuya məruz qaldığını göstərmək istəyib.

COP29