!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni nazir “Dünyanın kəsişməsi”nin prinsiplərini AÇIQLADI

!Reklam – Yazi

Erməni nazir “Dünyanın kəsişməsi”nin prinsiplərini açıqlayıb.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bu gün, dekabrın 15-də dənizə çıxışı olmayan ölkələrin nazirlərinin görüşü keçirilib. Görüş çərçivəsində Ermənistanın iqtisadi və texnoloji inkişaf naziri Qnel Sanosyan çıxış edib.

“Dünyanın kəsişməsi”nin prinsipləri ondan ibarətdir ki, bütün infrastruktur, o cümlədən avtomobil yolları, dəmir yolları, hava yolları, boru kəmərləri, kabellər və elektrik xətləri keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərir.

Hər bir ölkə öz dövlət idarələri vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirir. Həmçinin insanların, malların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin edir.

“Bütün infrastruktur həm dövlətlərarası, həm də ölkədaxili daşımalarda istifadə edilə bilər.

Ölkələr qarşılıqlı və bərabərlik əsasında bütün infrastrukturlardan bəhrələnir. Həmçinin hökumətin əsas istiqamətlərindən biri olan infrastrukturların keyfiyyətinin yüksəldilməsi zərurətini vurğulamaq vacibdir”, – Sanosyan deyib.

Daha sonra o əlavə edib ki, Ermənistan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sərhədində 7 nəzarət-buraxılış məntəqəsi yerləşdirməyə hazırdır.

Xuraman Etibarlı

www.yenicag.az

163
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv