!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni politoloq Paşinyanın son müsahibəsini "biabırçılıq" ADLANDIRDI

!Reklam – Yazi

“Paşinyan 5 ildən artıq hakimiyyətinin ən uğursuz müsahibəsini verib, çıxılmaz vəziyyətdə qalan liderlə müsahibə”. 

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu politoloq Suren Surenyants deyib. O, Paşinyanın Birinci Kanala verdiyi müsahibəsini “biabırçılıq” adlandırıb.

“Əslində o, İlham Əliyevdən ermənilərin Qarabağa qaytarılması ilə bağlı məcburi bəndin gözlənilən sülh müqaviləsindən çıxarılmasını xahiş edib. Bakının israr etdiyi o imperativ bənd. Müsahibənin açarı bu idi”, – Surenyants bildirib.

Paşinyan Ermənistanın resurslarının 70-80%-nin Qarabağa xərcləndiyini və Ermənistanın təhlükəsizliyi əvəzinə Qarabağın təhlükəsizliyinin qurulduğunu deyib. Erməni politoloq Paşinyanın bu sözlərinə münasibət bildirib.

“Hətta ata-oğul Əliyevlər Ermənistana bu qədər kinlə qarşı çıxmayıblar”, – politoloq qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv