!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni qruplaşma rəhbərindən SENSASİON İDDİA: Sərhəddəki Ermənistan ordusu patrul xidməti ilə əvəz olunacaq

!Reklam – Yazi

“Hazırda Ermənistandakı Paşinyan hakimiyyətinə qarşı güclü etiraz dalğası baş qaldırıb. Bu etirazların arxasında isə kilsə, diaspor və radikal-revanşist “Qarabağ klanı” dayanır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli söyləyib.


O, Ermənistanın sərhədlərin delimitasiya-demarkasiyası çərçivəsində yaxın vaxtlarda ordunu sərhəddən çəkəcəyi ilə bağlı yayılan iddialara toxunub.

Baş verənlərə münasibət bildirən analitik isə söyləyib ki, müxalifətin əsas şüarı Ermənistanın Azərbaycan qarşısında guya geri çəkilməsidir ki, onlar bütün prosesləri belə qiymətləndirirlər.
“Müxalifət istəyir ki, Paşinyan hakimiyyətinin Ermənistan cəmiyyətindəki nüfuzunu daha da aşağı düşsün. Ona görə də belə iddialar çoxluq təşkil edir və müxaliflər delimitasiya-demarkasiya prosesi ilə bağlı olanları iqtidarın geri çəkilməsi kimi qələmə verirlər. Halbuki Paşinyan hakimiyyətinin verdiyi izahat daha məntiqlidir. Çünki iqtidar bildirib ki, geri qaytarılan kəndlər Azərbaycana məxsusdur deyə qaytarılıb və Ermənistana məxsus heç bir ərazi verilməyib”, politoloq bildirib.

Onun fikrincə, hakimiyyətdə yanaşma belədir, amma ermənilərin xislətinə uyğun olaraq, onlar işğal etdikləri bütün əraziləri özününkü hesab edirlər:

“Ermənilər beynəlxalq hüquqla geri qaytarılan əraziləri də Ermənistanın Azərbaycana verdiyi torpaqları kimi dəyərləndirirlər. Bu iddialar daha çox Ermənistandaxili auditoriyaya hesablanmış təbliğatdır. Ona görə də bu kimi iddialar bundan sonra da çoxluq təşkil edəcək. Böyük ehtimalla, yaxın vaxtlarda mümkün qədər ordunu da sözügedən kütləvi etiraz dalğasına daxil etməyə çalışacaqlar. Onların məqsədi budur ki, ordunun köməyi ilə hakimiyyətə qarşı hərbi çevriliş həyata keçirsinlər. Odur ki, aparılan təbliğatın hədəfi məhz belə bir situasiyanın yetişdirilməsinə hesablanıb”.
Qeyd ki, Ermənistandakı “Qara pantera” yarımhərbi qruplaşmasının rəhbəri Sero Qasparyan bu iddia ilə çıxış edib. Onun sözlərinə görə, Qarabağ separatçılarının keçmiş “lider”i Araik Arutyunyan iki il əvvəl ona bildirib ki, sərhəddəki Ermənistan ordusu patrul xidməti ilə əvəz olunacaq. Qasparyan əlavə edib ki, bu, Azərbaycanın tələbidir və iyunun sonuna qədər sərhəddə erməni ordusu qalmayacaq, eləcə də ordunun patrul xidməti ilə əvəzlənməsi prosesi həyata keçiriləcək.

Rafi Müslümov

www.yenicag.az

167
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv