!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni separatçıların təxribat hazırlığı - YENİLƏNDİ + VİDEO

!Reklam – Yazi

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri təxribat əməllərini davam etdirirlər.

Yenicag.az xəbər verir ki, əldə edilmiş görüntülərdən aydın olur ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa, yeni mövqelər quraraq, orada tərtiblənməyə cəhd göstərirlər.

Qeyd edək ki, qeyri-qanuni erməni silahlı dəstələrinin bu kimi təxribat əməlləri son vaxtlar daha da intensivləşib./apa/

***

14:09

Qanunsuz erməni silahlı dəstələrinin üzvləri Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinə müxtəlif artilleriya qurğuları və hərbi texnika toplayır və burada atəş mövqeləri hazırlayırlar.

Yenicag.az xəbər verir ki, bu barədə “Caliber.Az” “Telegram” kanalı məlumat verib.

Bununla bağlı videodan da göründüyü kimi, bu, separatçılar tərəfindən təxribatlara hazırlıq prosesidir.

Onların məqsədi Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaq və bölmələrimizi cavab tədbirlərinə təhrik etməkdir.

www.yenicag.az

275
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv