!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni silahlılarının AKTİVLƏŞMƏSİ: “Bunun nəticəsi haylar üçün heç də yaxşı olmayacaq”

!Reklam – Yazi

“Günlərin birində Azərbaycan həm sərhəddəki Ermənistan ordusuna, həm də Qarabağda mövcud olan qanunsuz erməni silahlılarına öz güc və imkan potensialını tam həcmdə göstərmək məcburiyyətində qalacaq”.

Bunu ermənilərin son zamanlar həm Qarabağda, həm də sərhəddə aktivləşməsinin gələcək proseslərə təsirindən danışan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, erməni silahlı dəstələrinin həm sərhəddə, həm də rus slühməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan ərazilərdə fortifikasiya qurğuları inşa etməsi, digər ölkələrdən silah-sursat daşıması istənilən halda Ermənistan ordusunun müqavimət potensialını artırmağa istiqamətlənmiş addımlar hesab olunur:

“Üçtərəfli birgə bəyanatın imzalanmasından üç ilə yaxın vaxt keçməsinə baxmayaraq nə Ermənistan tərəfi, nə də Rusiya erməni silahlılarının Qarabağdan çıxarılmasını, yaxud tərk-silah edilməsini təmin edib. Belə olan halda azərbaycanlı vətəndaşlar ermənilərdən fərqli olaraq Qarabağdakı rus kontingenitinin müvəqqəti nəzarətində olan ərazilərdəki yurd-yuvalarına qayıda bilmir.
Bunlar az imiş kimi, hələ Zəngəzur dəhlizi də açılmayıb. Əlavə olaraq, Azərbaycana qarşı təhdid dolu bəyanatlar, təxribat fəaliyyətləri hələ də davam etməkdədir. Həmçinin son zamanlar atəşkəs pozuntuları da kifayət qədər intensivləşib. Belə olan halda günlərin birində Azərbaycan həm sərhəddəki Ermənistan ordusuna, həm də Qarabağda mövcud olan erməni silahlılarına öz güc və imkan potensialını tam həcmdə göstərmək məcburiyyətində qalacaq. Bunun isə nəticəsi nə Qarabağdakı, nə də Ermənistandakı haylar üçün ürəkaçan olacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

361
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv