!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni tərəfinin ikili oyunu: "Separatçıların bütün rəhbərləri həbs olunmalıdır"

!Reklam – Yazi

“Vardanyan başda olmaq separatçıların bütün rəhbərləri həbs olunmalıdır”.

Bu sözləri Qarabağ və sülh mövzusunda danışıqların dayanması, erməni tərəfinin ikili oyunu və Azərbaycanın əlindəki imkanları şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, ermənilər özlərinə yeni ağalar axtarır:

“MDB dövlət başçılarının görüşü keçirildi. Orada üçtərəfli görüş nəzərdə tutulmurdu. Bu onu göstərir ki, Ermənistan artıq MDB çərçivəsində prosesin həll olmasında maraqlı deyil. Ermənistan yeni ağalar axtarmaq niyyətindədir. Ona görə də Rusiya ilə də aralarında gərginlik var. Ermənistan istəyir ki, Rusiya onların yerinə döyüşsün.

Bizim mətbuatda yayıldı ki, guya sülhməramlılar ermənilərə iki günə Azərbaycan Şuşa-Xankəndi yolundan geri çəkiləcəklərini deyiblər. Təəssüflər olsun ki, biz bu xəbərlə ermənilərin dezoinformasiyasını şişirtmiş olduq.

Sülh müqaviləsi imzalanmır. Ancaq Azərbaycanın geri çəkilmək fikri yoxdur. Proses Azərbaycanın nəzarətindədir. Azərbaycan Laçın dəhlizində oturmalıdır. Bundan sonra da Xankəndində antiterror əməliyyatı keçirməlidir. Vardanyan başda olmaq şərti ilə separatçıların bütün rəhbərləri həbs olunmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv