!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Laçında yaralanan hərbçimiz danışdı - VİDEO

!Reklam – Yazi

İyunun 15-i Laçın sərhəd-keçid buraxılış məntəqəsinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Elşən Rüstəmovun həyati təhlükəsi yoxdur, o, hazırda müalicə altındadır.

Real TV yaralanan hərbçi ilə həmsöhbət olub.

“Gündəlik normal fəaliyyətimizi həyata keçirərkən düşmən növbəti təxribata əl atdı. Həmin an biz silahsız idik və tez bir zamanda mövqeləndik. Mövqelənərkən mən ayağımdan yaralandım. Heyətimizin peşəkarlığı sayəsində mənə ilkin tibbi yardım göstərildi. Ərazidən təxliyyə olundum və düşmən cavab atəşi ilə susduruldu”, – deyə hərbçimiz bildirib.

Daha ətraflı videoda:

***

Xəbər verdiyimiz kimi, iyunun 15-də Laçın Sərhəd Gömrük məntəqəsində Azərbaycan bayrağını qaldırarkən erməni təxribatı nəticəsində hərbçimiz Elşən Rüstəmov yaralanıb.

Yaralanan Elşən Rüstəmov dərhal helikopterlə tibb müəssisəsinə təxliyə olunaraq əməliyyat edilib. Hazırda vəziyyəti yaxşıdır.

Yenicag.az xəbər verir ki, Azxəbər.com yaralanan hərbçimiz Elşən Rüstəmovun fotosunu əldə edib.

Həmin fotonu təqdim edirik:

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv