!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni təxribatının arxasındakı AMİL: "Paşinyan başqa söz deyir, digərləri isə..."

!Reklam – Yazi

“Belə bir informasiya yaymağa başlayıblar ki, Rusiya Xankəndi və ətraf rayonları 51 illiyinə icarəyə götürmək istəyir. Bu, saxta və təxribat xarakterli məlumatlardır. Azərbaycanın səbrini sınağa çəkirlər”.

Bu sözləri son vaxtlar Qarabağda yaşayan ermənilərin xüsusən sosial şəbəkələrdə yalan informasiya yayması, təxribat xarakterli fikirlər səsləndirməsi və atəşkəsi pozmasına münasibət bildirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, ermənilərin təxribatçı hərəkətləri, çıxışları son vaxtlar daha da artıb:

“Azərbaycan əlində olan sonuncu əsirləri verəndən sonra, ermənilər yalan məlumatlar yaymağa, təxribat dolu hərəkətlər etməyə başladılar. Hətta belə bir məlumat yayıblar ki, azərbaycanlılar sülhməramlıların nəzarət etdiyi ərazilərə də girirlər. Rusiya tərəfi də separatçıların “polis”ləri tərəfindən Azərbaycana məxsus maşın karvanını yoxlaması məlumatını yaydı. Azərbaycan etiraz edəndən sonra Rusiya tərəfi bildirdi ki, bir daha belə bir halın yaşanmayacağına təminat verir. Bunun hamısının başında duran ruslardır. Rusiya çirkin əməllərindən əl çəkmir. Onlar gəldiyi gündən öz missiyalarını yox, başqa missiyalar yerinə yetirməyə başladılar. Başladılar qaçqınları qaytarmağa, heykəllər ucaltdılar. Xocalıda kilsə tikdilər, dahilərinə büst qoydular.

Rusiya prezidenti Putin müşavirə keçirən zaman fövqəladə hallar nazirinə konkret tapşırıq verdi ki, Qarabağda tikinti abadlıq işləri aparılsın. Bu da onların missiyası deyil. Belə-belə Azərbaycanın qıcıqlanacağı addımlar atdılar.

Rusiya bəzi xəritələrdə, əsasən də Kəlbəcər istiamətində yerləri Ermənistan ərazisi kimi göstərir, hər dəfə də arsız-arsız bildirirlər ki, səhv etmişik. Bunu texniki səhv kimi qələmə verirlər. Bu yolverilməzdir. İndi də erməniləri bu oyunlarına alət ediblər. Son vaxtlar ermənilər sosial şəbəkədə hibrit müharibəsi aparmağa başlayıblar. Hansıki illər öncə apardıqları həmin müharibəni indi yenidən təkrarlayırlar.

Zəngəzur dəhlizinin açılması ilə bağlı da Paşinyan başqa söz deyir, digərləri isə onun əksinə danışır. Atəşkəsi də pozurlar.

Vaxt azaldıqca, rusların çirkin əməlləri də artacaq. Biz 4 il yarım müddətində, “Bizə sülhməramlılar lazım deyil”, – desək də, onlar əllərində əsas olsun deyə, bu əməlləri törədəcəklər. Münaqişəni ermənilər yaratmırlar. Münaqişə yaradan ruslardır”.

Səxavət Məmməd

www.yenicag.az

932
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv