!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni tibb bacısı Qarabağdan olan yaşlı qadının bütün pullarını OĞURLADI

!Reklam – Yazi

Tibb bacısı Qarabağı könüllü tərk edən 86 yaşlı qadının bank kartını oğurlayıb və pulu nağdlaşdırıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan polisindən məlumat verilib.

Oktyabrın 26-da Ermənistan Polisi qocalar evlərinin birində Qarabağdan olan 86 yaşlı qadının bank kartının itdiyi və oktyabrın 25-də bu kartdan 100.000 dramın (təxm. 426 man.) çıxarıldığı barədə xəbər alıb.

“Faktla bağlı Ermənistanın Kotayk vilayəti üzrə İstintaq İdarəsində cinayət işi başlanıb.

Hrazdan RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib ki, oğurluq hadisəsini qocalar evində tibb bacısı həyata keçirib. 34 yaşlı İrəvan sakini oktyabrın 31-də tapılaraq ibtidai istintaq orqanına təqdim edilib və o, əmlini etiraf edib.

Oğurlanmış pullar qismən tapılıb.

Faktla bağlı ilkin araşdırma aparılır”, – deyə məlumatda bildirilir.

Xuraman Etibarlı

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv