!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni vəhşiliyinin hələ kəsilməyən CƏZASI: “Bu faktlarla beynəlxalq məhkəmələrə müraciət edib...”

!Reklam – Yazi

“Xocalı Soyqırımı müasir dünyada baş vermiş ən dəhşətli bəşəri cinayətdir”.

“Təəssüf doğuran məqamlardan biri bu soyqırımını törədənlərin hələ də azadlıqda olmalarıdır”.

Bu fikirləri 32-ci ildönümü qeyd olunan Xocalı Soyqırımının dünya miqyasında tanıdılmasına yönəlik həyata keçirilən fəaliyyəti dəyərləndirən Milli Məclisin deputatı Azər Badamov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, Qarabağın hər bucağı ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri əks etdirir:

“Həmin məzarlar ermənilərin azərbaycanlılara qarşı düşmən münasibətinin hansı səviyyədə olduğunu göstərir. Böyük-kiçik, uşaq-qadın demədən əlləri-ayaqları bağlanaraq küt alətlərlə işgəncələr verilən, amansızlıqla qətlə yetirilənlər erməni vəhşiliklərinin üç üzünü əyanı şəkildə açır. Təəssüf doğuran məqamlardan biri isə bu soyqırımını törədənlərin hələ də azadlıqda olmalarıdır. Biz bir olub Xocalı Soyqırımının təşkilatçılarını beynəlxalq məhkəmələr qarşısına çıxarmalıyıq.

Törətdikləri vəhşiliklər onların yanına kar qalmamalıdır. Kifayət qədər maddi sübutlarımız mövcuddur. Qarabağın hər bucağı ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri əks etdirir. Bu faktlarla beynəlxalq məhkəmələrə müraciət edib cinayətkarlara lazımi cəzaların verilməsinə nail ola bilərik.

Xocalı Soyqırımı müasir dünyada baş vermiş ən dəhşətli bəşəri cinayətdir. İnsanlığa qarşı törədilən bu cinayətin beynəlxalq ictimaiyyətə çatdırılması yönündə böyük işlər görülür. ABŞ-ın 30 ştatı və bir çox ölkələrin parlamenti bu soyqırımını tanınmasına dair qətnamə qəbul edib. Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində bu soyqırımı haqqında çoxsaylı ölkələrin ictimaiyyətinə geniş məlumat verilib.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qalib, öz hüquqlarını beynəlxalq prinsiplər çərçvisəində canı-qanı bahasına təmin edən, şəhidlərinin qanınını yerdə qoymayan bir dövlətdir. Bu gün suverenliyimizin tam təmin olunmasına, qisasımızın alınmasına, Qarabağımızın separatçılardan tam təmizlənməsinə baxmayaraq, Xocalı Soyqırımının 32-ci ildönümünü hamımız böyük ürək ağrısı ilə anırıq. Tarixin unudulması yeni faciələrin baş verməsi deməkdir. Tariximizi unutmamalı, unutdurmamalıyıq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv