!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni xislətinin növbəti NÜMAYİŞİ: “Səfirliyimizə hücum terror aktıdır”

!Reklam – Yazi

“Səfirliyin hədəf seçilməsi başadüşüləndir. Azərbaycana qarşı harada güc nümayiş etdirə, qorxu, xof yarada bilərlər? Sərhəddə, ya Qarabağ ərazisində? Təbii ki, heç birində!”.

Bunu ermənilərin Azərbaycanın Livandakı səfirliyinə hücumu ilə bağlı fikirlərini səsləndirən “Cümhuriyət” qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri, politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Azərbaycanın Livandakı səfirliyinə edilən hücum mahiyyət etibarı ilə terrorla eyniyyət təşkil edir:

“Dinc etirazçılar hasara zərbələr endirməz, partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atmazdı. Etirazın mədəni forması var və hansısa bir məsələyə, hadisəyə etiraz edənlər də hər zaman bu formanı seçir. Bəs ermənilər? Ermənilər isə diversiya, terror, qətl yoluyla gedir. Bu hadisə terrora cəhd kimi dəyərləndirilməlidir. Təşkilatçılar və Livan hökuməti baş verən hadisəyə görə məsuliyyət daşıyırlar.

Səfirliyin hədəf seçilməsi başadüşüləndir. Azərbaycana qarşı harada güc nümayiş etdirə, qorxu, xof yarada bilərlər? Sərhəddə, ya Qarabağ ərazisində? Təbii ki, heç birində! Azərbaycan Ordusunun qüdrətini, Azərbaycan Prezidentinin qətiyyətini bilirlər! Ona görə də müdafiəsinə birbaşa nəzarət edə bilmədiyimiz səfirliklər hədəf seçilir. Biz bunu nəzərə almalıyıq.

Bütün dünyada, xüsusilə erməni diasporunun güclü olduğu ölkələrdə səfirliklərimizin qorunma məsələsinə ciddi yanaşmalıyıq. Mühafizəçilərin sayı artırılmalıdır. Eyni zamanda səfirliklərimiz yerləşən bütün ölkələrlə bu məsələ müzakirə olunmalı və ermənilərin təxribatlarının qarşısının alınması üçün diplomatik nümayəndəliklərimizin mühafizəsini gücləndirməsinə nail olmalıyıq.
Çünki biz ermənilərin terroru necə sevdiyini, vəhşiliyini yaxşı bilirik.

Erməniləri terrorla bağlayan çox bağlar var. Səfirliyə hücumun da arxasında terror düşüncəsinin dayandığı şübhəsizdir. Dünyada ən böyük terror təşkilatlarından biri hesab olunan ASALA-nı ermənilər yaradıb. Ötən əsrin 70-ci illərindən bu təşkilat dünyanın müxtəlif ölkələrində terror aktları həyata keçirib, qətllər törədib. Onların qətlə yetirdikləri türk diplomatlarının sayı onlarladır. Əsas hədəfləri də səfirliklər, konsulluqlar, aviaşirkətlərin nümayəndəlikləri və s. kimi yerlər olub.

Bu dəfə də eyni ssenaridir. Livanda Azərbaycan səfirliyinə qarşı edilən bu hərəkət terrora cəhd kimi qiymətləndirilməlidir. 50-yə yaxın erməniəsilli şəxsin səfirliyə hücumunu dinc, məğlubiyyətlə barışmaq istəməyən insanların etirazı hesab etmək düzgün deyil.

Hadisə bir daha göstərir ki, erməni terroru yenidən baş qaldırır. Açıq döyüşdə, müharibədə, siyasi bacarıqda, diplomatiya meydanında uduzan Ermənistan və ermənilər bizi terrorla qorxutmağa çalışırlar. Azərbaycanı bu kimi cəhdlərlə qorxutmaq, geri çəkilməsinə nail olmaq mümkün deyil. Əksinə, bütün dünya bir daha ermənilərin xalq olaraq hansı düşüncə, sivilizasiya sahibi olduqlarının şahidi olur.

Müasir dünyada bu kimi halların baş verməsi ermənilərin hansı vəhşi xislətə sahib olduqlarının bariz nümunəsidir. Özünü demokratik dünyanın aparıcısı sayan dövlətlər, təşkilatlar bunun fərqində olmağa borcludur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv