!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni “yardım”ının “İSTİFADƏ MÜDDƏTİ”: “Həmin maşınlarda Qarabağa keçirmək istədikləri...”

!Reklam – Yazi

“Niyyət Qarabağdakı ermənilərə yardım çatdırmaq yox, vəziyyəti gərginləşdirməkdir”.

Bu fikirləri Ermənistan və Fransadan Qarabağ erməniləri üçün nəzərdə tutulan “humanitar yardım”ın daşındığı TIR-ların uzun müddətdir, Laçın yolunda qalmalarının həmin məhsullara təsirini dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, qeyd olunan maşınların xeyli vaxtdır, Laçın yolunda qalması daşınan yüklərin “humanitar yardım” olduğunu şübhə altına alır:

“Ermənistandan Qarabağ ermənilərinə göndərilməsi nəzərdə tutulan 19 TIR-a son günlərdə 10-u Fransaya məxsus daha on iki maşın da qoşulub. Bildiyiniz kimi, həmin maşınlar artıq xeyli vaxtdır, Laçın yolunda dayanıblar. Azərbaycan o yüklərin məhz Ağdam-Xankəndi yolu ilə Qarabağ ermənilərinə çatdırılmasıni təklif etsə də, qarşı tərəf anlaşılmaz qaydada bundan boyun qaçırır.

Belə olan halda yaranan ilk suallardan biri bundan ibarətdir ki, onlarla TIR neçə gündür, Laçın yolunda dayanıbsa, bu, onlarda daşınan yükün keyfiyyətinə mənfi təsir göstərmir? Axı söhbət gündəlik tələbat mallarından gedir. Bütün bunlar ermənilərin “humanitar yardım” adı altında növbəti çirkin niyyətlərinin göstəricisidir.

Doğrudur, ermənilər car çəkirdilər ki, həmin TIR-lar soyuducu sistemlərə malikdir və ona görə də oradakı məhsulların xarab olması mümkün deyil. Yaxşı, tutaq ki soyuducu sistemlər var. Əgər Qarabağdakı ermənilər ərzaq və dərman qıtlığı yaşayırlarsa, Ermənistan nəyə görə onların tələbatını ödəmək üçün yüklərin Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolu ilə çatdırılmasından boyun qaçırır? İrəvanda bu suala cavab vermək istəmirlər. Çünki yenə deyirəm, niyyət Qarabağdakı ermənilərə yardım çatdırmaq yox, vəziyyəti gərginləşdirməkdir. O niyyətin gerçəkləşməsinə isə Azərbaycan imkan verməyəcək”.

A.Zeynalov

www.yenicag.az

347
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv