Ermənilər Ağdamı atəşə tutdu

Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub.

Yenicag.az-ın xəbərinə görə, kənddə artezian quyusunda təmir işləri aparan rayon Mexaniki Suvarma İdarəsinin işçiləri atəşə məruz qalıblar. Onlar dərhal əraizdən uzaqlaşa biliblər.

Ermənilərin açdığı atəş nəticəsində artezian quyusunun boruları dağılıb./APA/