!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilər Azər Həsrətdən şikayət edirlər - FOTO

!Reklam – Yazi

Əməkdar jurnalist, BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrətin X (Twitter) hesabında etdiyi bir paylaşım dünya ermənilərini və onların dostlarını əməlli-başlı hərəkətə gətirib.

Yenicag.az xəbər verir ki, Azər Həsrət sosial mediada yayımlanan və müəllifi bəlli olmayan bir rəsm əsərini paylaşaraq yazıb: “İstiqamət İrəvandır! Biz tarixi torpaqlarımıza tanklarla deyil, öz maşınlarımızla gəlirik”.

Bu paylaşım dünyanın müxtəlif bölgələrindən olan erməniləri hərəkətə gətirib. Onlar Azər Həsrətin paylaşımını geniş tirajlayaraq bütün dünyaya şikayətləniblər.

Ermənilərdən biri isə konkret olaraq ABŞ konqresinin üzvü Adam Şif, senator Bob Menendes, Fransa Prezidenti Emmanuel Makron, İran hökuməti, “New York Times”, “The Guardian” qəzetlərinə, “Reuters” agentliyinə şikayətlənərək yazıb: “Soyqırım manyaklarına göz yumanda belə olur”.

Başqa bir erməni isə yazıb ki, “Əliyev diktaturasının rəsmi jurnalistinin bu tvitinə diqqətli olaq. Artsax bir mərhələ idi”.

İtaliyada nəşr edilən korazym.org saytının baş redaktoru, hər halından erməni yanlısı olduğu görünən Vik van Brantegem (Belçikada doğulub) isə mövzuya daha geniş aspektdə yanaşaraq anti-Azərbaycan yazısı yazıb, Azər Həsrətin paylaşımını da yazıya əlavə edib.

Azər Həsrətin tvitinə ümumilikdə 54 mindən çox baxış olub. Ermənilər və onların dostları isə onu geniş tirajlamağa davam edir.

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv