!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənilər Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlaması üçün yeni əsaslar verirlər” – REAKSİYA

!Reklam – Yazi

“Xankəndidəki qanunsuz rejim özünü buraxmaq əvəzinə, “kadr təyinatları” aparır, başqa ölkədən olan iş adamını “nazir təyin edir”.

Bu fikirləri erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın Xankəndidəki seperatçı rejimin “dövlət naziri” təyin olunmasına münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, separatçıların bu addımı Azərbaycanın adekvat davranması üçün növbəti səbəbdir:

“İlk öncə bu məqama diqqət yetirmək lazımdır ki, Vardanyanın Qarabağa gəlişi onun özbaşına qəbul etdiyi bir qərar deyil. Onun Rusiyada geniş biznesinin olduğunu nəzərə alsaq, bu “köç”də Rusiyanın hər hansı formada rolunun olduğu şübhə doğurmur.

Digər məsələ isə Xankəndidəki separatçı rejimin rəhbərinin onu “nazir” təyin etməsidir. Baxın, sentyabrdakı sərhəd toqquşmalarından və Ermənistanın növbəti dəfə dərsinin verilməsindən heç bir ay keçməyib, amma ermənilər yeni gərginliyin meydana gəlməsinə cəhd göstərirlər.

Yaxın müddətdə Azərbaycanla Ermənistan arasında delimitasiya üzrə müzakirələrin başlayacağını nəzərə alsaq, separatçıların müstəqil qəbul etmədikləri bu qərar həm də danışıqların pozulmasına zəmin formalaşdırmaqdır. Burada da Moskva izi açıq-aşkar hiss olunur.

Lakin bizim üçün əsas olan bu faktdır ki, Xankəndidəki qanunsuz rejim özünü buraxmaq əvəzinə, “kadr təyinatları” aparır, başqa ölkədən olan iş adamını “nazir təyin edir”. Əslində, ermənilər Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlaması üçün yeni əsaslar verirlər. Fikrimcə, hər halda bunun sonu olacaq. Çünki Azərbaycan ötən ay da bütün dünyaya göstərdi ki, öz maraqlarının müdafiəsində maksimum qətiyyətli davranacaq”.

A.Zeynalov

www.yenicag.az

506
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv