!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilər biznesmenin arvadını oğurlayıb vəhşicəsinə qətlə yetirdilər - FOTO

!Reklam – Yazi

Rusiyanın Novorossiysk vilayətində dəhşətli qətl hadisəsi törədilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Roman Qriqorenko adlı iş adamının xanımı oğurlanıb.

Məlumata görə, idman zalına gedən qadın bir müddət sonra zənglərə cavab verməyib. Bundan narahat olan həyat yoldaşı polisə məlumat verib.

Axtarışların ikinci günündə qadının cəsədi meşədən tapılıb. Araşdırma nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər – 29 yaşlı Karen Toroyan, 30 yaşlı Ridvan Əliyev və 33 yaşlı Aşot Aqayan saxlanılıb.

Onlar ifadələrində bu cinayəti pul qoparmaq məqsədilə törətdiklərini, hətta biznesmendən bir milyon dollar tələb etdiklərini də bildiriblər.

Saxlanılanlara qarşı qəsdən adam qaçırma və qətlə yetirmək maddələri üzrə ittiham irəli sürülüb.

Həmçinin araşdırma zamanı bu hadisənin onların törətdiyi ilk cinayət olmadığı da aşkarlanıb. Təqsirləndirilənlərdən biri olan Ridvan Əliyev istintaqın gedişində müəmmalı şəkildə vəfat edib. Onun hansı səbəbdən öldüyü araşdırılır.

Ridvan Əliyevin əvvələr də qəsdən sağlamlığa zərər vurmaqda və quldurluq cinayətlərinə görə məhkum olduğu bildirilir.

Rusiyanın “Bloknot” saytının əldə etdiyi məlumata görə, biznesmenin arvadını qətlə yetirənlərdən birinin əvvəllər “Vaqner” özəl hərbi şirkətində xidmət keçdiyi iddia olunur.

www.yenicag.az

154
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv