!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənilər ətraflarındakı “halqa”nın daraldığını gördükcə, reallıq hissini daha da...” – ŞƏRH

!Reklam – Yazi

“Qarabağdakı ermənilər Azərbaycanın inteqrasiya çağırışılarına səs verməməklə öz vəziyyətlərini gərginləşdirirlər”.

Bu fikirləri Azərbaycan ordusunun Qarabağda yeni mövqeləri və yaşayış məntəqələrini nəzarətə götürməsinin yaratdığı üstünlükləri dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, konstruktiv davranışdan hər vəchlə yayınan Ermənistan və Qarabağ erməniləri getdikcə daha əlverişsiz vəziyyətə düşəcəklər:

“Sözsüz ki, Azərbaycan ordusunun son günlərdə həyata keçirdiyi əməliyyatların uğurlu sonluğu çox müsbətdir və nizamlama prosesinin gedişinə özünəməxsus ton verir.

Digər tərəfdənsə, nəzərə alınmalıdır ki, ordumuzun bu fəaliyyəti Ermənistanın qeyri-konstruktivliyinin, öz üzərinə götürdüyü öhdəliklərin icrasından min bir bəhanə ilə yayınmaq cəhdlərinin, həmçinin bu fonda təxribatlarına ara verməməsinin nəticəsidir.

Xatırlayırsınızsa, Azərbaycan rəhbərliyi 44 günlük Vətən müharibəsindən sonra dəfələrlə bəyan etmişdi ki, Ermənistanın revanşist cəhdlərinin qarşısı qətiyyətlə alınacaq və üçtərəfli bəyanatın bütün müddəalarının yerinə yetirilməsi istiqamətində Bakının tələbi dəyişməz qalacaq.

Təəssüf ki, azı son iki ildə Ermənistan aldığı hər yeni zərbədən sonra konstruktiv məcraya yönəlməkdənsə, gərginliyi artırmaq yolunu seçir. Eləcə də Qarabağdakı ermənilər Azərbaycanın inteqrasiya çağırışılarına səs verməməklə öz vəziyyətlərini gərginləşdirirlər.

Ona görə də Azərbaycan ordusunun son aktivliyinin vəziyyətə uyğun olduğu vurğulanmalıdır. Ancaq ermənilərin bu gedişata adekvat yanaşacaqları da şübhə doğurur. Fikrimcə, ermənilər ətraflarındakı “halqa”nın daraldığını gördükcə, reallıq hissini daha da itirirlər. Bunun nəticəsini gözə almalıdırlar”.

A.Zeynalov

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv