!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilər evləri satışa çıxarır: "Zəngəzur dəhlizinin açılması ilə bağlı gözlənti də onların həmin ərazilərdən..."

!Reklam – Yazi

“Ermənilər başa düşür ki, o torpaqlar ən qısa zamanda öz sahiblərinə qovuşacaq”.

Bu sözləri Qərbi Zəngəzurda yaşayan ermənilərin növbəti dəfə daşınmaz əmlaklarının qiymətlərini endirərək satışa çıxarmasına münasibət bildirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, azərbaycanlıların 90-cı ilin əvvəllərində Qarabağda yaşadıqlarını indi Zəngəzurdakı ermənilər yaşayır:

“44 günlük Vətən müharibəsindən sonra Qərbi Zəngəzurda yaşayan ermənilərin bəziləri bu əraziləri tərk etməyə başladı, bəziləri isə daşınmaz əmlakları satışa çıxardı. Artıq dördüncü dəfədir ki, ermənilər sözügedən ərazilərdə evlərin qiymətində endirim edirlər. Bunun bir çox səbəbləri var. Ermənilər çox yaxşı bilirlər ki, o torpaqlar gec və ya tez Azərbaycana qayıtmalıdır. Bundan başqa, həmin ərazilərdə iqtisadi vəziyyətin yaxşı olmaması insanların ümumi yaşayış səviyyəsini aşağı salıb. Müharibəyə qədər Zəngilan, Cəbrayıl, Qubadlı və Laçın ermənilərin nəzarətində idi və burada rahat şəkildə yaşaya bilirdilər. Zəngəzur dəhlizinin açılması ilə bağlı gözlənti də ermənilərin həmin ərazilərdən uzaqlaşmasına yol açır. Ona görə də kütləvi köç müşahidə olunur. Əslində, Qərbi Zəngəzurda elə də yüksək səviyyəli yaşayış massivi yoxdur. Orada daha çox əkinçilik, kənd təsərrüfatı, fermalar və bir neçə şərab zavodu var.

Qərbi Zəngəzurdakı daşınmaz əmlakların qiyməti aşağı salınsa da, satış çox ləng gedir. Həmin ərazilərə investisiya yatırımı etmək istəyənlər yox dərəcəsindədir. Yəni alıcı qüvvəsi yoxdur. İki il ərzində təqdim olunan qiymətlər 100 faizdən 25 faizə endirilsə də, real satış üçün münbit şərait yoxdur və bu, başa düşüləndir. Hətta onlayn alqı-satqı erməni saytlarında da elanlar nəticəsizdir. Ermənilər başa düşürlər ki, o torpaqlar ən qısa zamanda öz sahiblərinə qovuşacaq”.

Gülşən Şərif

www.yenicag.az

799
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv