!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənilər hər santimetrə bir-iki mina basdırıblar" - Hikmət Hacıyev

!Reklam – Yazi

“Bu gün yenə də Qarabağda təcavüzkar separatizm siyasətini, Azərbaycana münasibətdə ayrı-seçkilik siyasətini, Azərbaycanın daxili işlərinə qarışma siyasətini davam etdirir”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “CNN Türk”ə açıqlamasında deyib.

Hikmət Hacıyev bildirib ki, Qarabağda 10 min erməni əsgəri var. O, Azərbaycanın bölgədəki mülki erməniləri Azərbaycan vətəndaşı kimi qəbul etdiyini deyib: Cənab prezidentimiz də təsdiqlədi ki, biz Qarabağ ermənilərini Azərbaycan vətəndaşı hesab edirik. Amma onlar da Azərbaycan qanunlarına əməl etməli və onları qəbul etməlidirlər.

Ermənilər Xankəndi-Ağdam yolundan çəkinirlər. Bunun məntiqini anlamaq çox çətindir. Yol mədəniyyətdir, sivilizasiyadır. Bu, beynəlxalq və şəxsiyyətlərarası münasibətdir”.

Prezidentin köməkçisi həmçinin Ağdamdakı məsciddən də danışıb. O xatırladıb ki, Ermənistan bu yerdən tövlə kimi istifadə edib: “Ermənilər burada ev tikib, ağac əkməkdənsə, hər santimetrə bir-iki mina basdırıblar”.

Hacıyev Azərbaycanın Zəngəzur dəhlizini açmağa hazır olduğunu, lakin Ermənistanın kritik layihənin qarşısını almaq üçün əlindən gələni etdiyini bildirib: “Ermənistan torpaq iddialarına son qoysa, Azərbaycan və Türkiyə sərhədlərini sinxron şəkildə açar və Ermənistan da bundan faydalana bilər. Təəssüf ki, Ermənistan bu sərhədlərin açılmasının qarşısını almaq üçün əlindən gələni edir”.

www.yenicag.az

222
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv