!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənilər hər vəchlə ATƏT-in Minsk qrupunun yenidən prosesə qaytarılmasına cəhd edirlər” - ŞƏRH

!Reklam – Yazi

“Danışıqlarda hansı razılaşmaların olduğunu atılacaq addımlar əsasında müəyyənləşdirmək mümkündür”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün Brüsseldə baş tutan görüşünün erməni cəmiyyətində müzakirəsinin istiqamətlərini şərh edən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, erməni ekspertlər Brüssel görüşünü daha çox Avropa İttifaqının Rusiyanı Cənubi Qafqazdakı proseslərdən kənarlaşdırmaq niyyəti ilə əlaqələndirməyə çalışırlar:

“Əlbəttə, Brüsseldə dünən baş tutan görüş Ermənistanda da əsas müzakirə mövzusudur və erməni cəmiyyəti bu danışıqları həm də perspektivi müəyyən edəcək məsələ kimi qiymətləndirir.

Ermənistanın bir sıra telekanalları Brüssel görüşünü daha çox Avropa İttifaqının Rusiyanı Cənubi Qafqazdan, özəlliklə da bu nizamlama prosesindən kənarlaşdırmaq niyyəti ilə əlaqələndirməyə çalışır.

Belə hesab edirlər ki, Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə əldə olunacaq anlaşma həlledici ola bilər və nəticədə Rusiya sülhməramlıları bölgədən çıxarılar, daha sonra bütövlükdə regionu tərk edər. Eyni zamanda, ermənilər hər vəchlə ATƏT-in Minsk qrupunun yenidən prosesə qaytarılmasına cəhd edirlər.

Ola bilsin, bu yanaşmaya Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Avropa İttifaqının məlum təşəbbüsünü “psevdotəşəbbüs” adlandırması və bölgədə Rusiyanın iştirakı olmadan hər hansı prosesin gedə bilməyəcəyini söyləməsi də təsir edib.

Bilirsiniz ki, Brüssel danışıqlarında indiyə qədər bir sıra anlaşmalar əldə olunub və Avropa İttifaqı da artıq Qarabağ ermənləri üçün hər hansı status tələb etmir, daha çox onların təhlükəsizliyi məsələsini önə çəkir. Ermənistanda belə düşünürlər ki, Paşinyan hökuməti də böyük ölçüdə bununla razılaşıb.

Ancaq Azərbaycan və Ermənistan liderlərinin Brüsseldəki son görüşünün detalları haqqında nəsə söyləmək çətindir. Buna görə də danışıqlarda hansı razılaşmaların olduğunu atılacaq addımlar əsasında müəyyənləşdirmək mümkündür”.

A.Zeynalov

www.yenicag.az

619
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv