!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilər hindistanlılara QARŞI: "İrəvanı hindlilər bürüyüb"

!Reklam – Yazi

“Ermənistanda hindlilər peyda olub”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bu günlərdə “Yerevan Siti”nin keçmiş işçiləri şikayətlə “Hraparak”a müraciət ediblər. Onlar şəhəri hindistanlıların “basdığını” bildiriblər.

Qeyd olunur ki, supermarketlər şəbəkəsi erməni işçilərindən qurtulmağa başlayıb, yerinə daha az maaş alan hindistanlıları işə götürüb.

Erməni işçilərə açıq mətnlə deyirlər ki, işdən çıxarılırlar və onların yerində hindlilər işləyəcək.

“Biz supermarketin baş ofisində bunun nə dərəcədə doğru olduğunu, hazırda “Yerevan Siti”də nə qədər hindistanlı əməkdaşın çalışdığını öyrənməyə çalışdıq. Suallarımızı idarənin hüquq şöbəsinin əməkdaşı Tiqran Melkonyan cavablandırıb.

“Marketdə bizə göndərilən Hindistan vətəndaşı olan işçilər var. Bizə xidmətlər başqa bir təşkilat tərəfindən təqdim olunur  və onlar hindistanlılardır. Biz bu təşkilata göstərdikləri xidmətlərə görə pul ödəyirik, onlar da öz işçilərini göndərirlər”.

Xuraman Etibarlı

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv