!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilər MƏYUS DURUMDA: "Yeni qarşıdurmada sülhməramlılar Qarabağdakı orduya kömək edə bilməyəcək"

!Reklam – Yazi

“Azərbaycanla yeni qarşıdurma baş verərsə, Rusiya sülhməramlıları Qarabağdakı müdafiə ordusuna kömək edə bilməyəcək”.

Yenicag.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan “Armenia Today”ə müsahibəsində deyib. O, Azərbaycanın Qarabağda yeni eskalasiya ehtimalını, eləcə də indiki vəziyyətdə Rusiya sülhməramlılarının rolunu şərh edib.

“Hər zaman genişmiqyaslı hərbi əməliyyatlar ehtimalı var, Bakı nə vaxtsa buna cəhd edə bilər.

Mümkün əməliyyatla bağlı xəbərlər Ermənistan və Qarabağ əhalisinə psixoloji təsir göstərir. Azərbaycan Artsax müdafiə ordusunun tam buraxılmasına nail olmağa çalışır.

Rusiya üçün bu, bir növ kiçik, yan münaqişədir. Nəzərə alsaq ki, bu gün Moskva bütün resurslarını Ukrayna münaqişəsinə cəmləyib, Rusiya tərəfinin passivliyi başa düşüləndir.

İndi müdafiə ordusunun sayı kəskin azaldılıb. Aydındır ki, 2500-3000 sülhməramlı və onların yardımçı heyəti bir vaxtlar 20-25 min nəfərlik müdafiə ordusunun yerinə yetirdiyi funksiyanı yerinə yetirə bilməz”, – deyə Vrtanesyan bildirib.

Məsmə

www.yenicag.az

192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv