!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənilər Qarabağa Azərbaycan vətəndaşı kimi dönə bilməz, bu mümkün deyil” - Tovmasyan

!Reklam – Yazi

“Ermənilər Azərbaycan vətəndaşı kimi geri qayıda bilməzlər, bu mümkün deyil”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu özünü buraxmış qondarma rejimin “parlament sədri” olmuş separatçı tör-töküntüsü Artur Tovmasyan deyib.

İrəvanda Qarabağı könüllü tərk etmiş ermənilər arasında gizlənərək aradan çıxmış separatçı qalıqları “Qarabağ hərəkatı”nın 36-cı ilini qeyd etmək üçün Ermənistandakı “nümayəndəliyi”nin binasına yığışıb.

Tovmasyan bildirib ki, qondarma reyim faktiki olmasa da, kağız üzərində “fəaliyyət göstərəcək”.

“Qarabağ məsələsinin həlli üçün bizim güclü Ermənistanımız və güclü diasporumuz olmalıdır. Bu gün bu üçlük çox vacibdir. Ancaq bizim iki variantımız var.
Hesab edirəm ki, biz fəaliyyət göstərəcəyik. Heç bir qanun qəbul edilməyəcək, amma qərarlar və bəyanatlar olacaq.

Qarabağa qayıtmaq üçün isə bizə beynəlxalq zəmanət lazımdır. Çünki təhlükəsizlik məsələləri var.
Ermənilər Azərbaycan vətəndaşı kimi geri qayıda bilməzlər, bu mümkün deyil”, – Tovmasyan çərənləyib.

Xuraman Etibarlı

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv