!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilər Qarabağda səngər qazırlar - VİDEO

!Reklam – Yazi

Ermənilərin səngər qazdığını əks etdirən görüntülər yayılıb.

Yenicag.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın VOMA terror təşkilatının “Telegram” kanalında görüntülər paylaşılıb.

“Könüllülərimiz səngərlər qazırlar ki, düşməndən xəbərsiz və təhlükəsiz şəkildə atəş nöqtələri arasında hərəkət edib vuruşsunlar”, – məlumatda qeyd olunub.

Bildirilib ki, səngərlər etibarlı şəkildə bağlanacaq və yuxarıdan möhkəmləndiriləcək.

Diqqətçəkən məqam isə səngər qazanların mülki geyimdə olmasıdır. Bu isə ermənilərin növbəti hiyləsidir.

Əvvəla, Ordumuz müdaxilə edərsə, mülki şəxslərə müdaxilə edildiyini bildirəcəklər; ikincisi, mülki əhalinin “özünü qorumaq üçün” çalışdıqlarını göstərməyə çalışırlar.

Qeyd edək ki, VOMA (Voxj Mnalu Arvest – Sağ qalmaq sənəti) Ermənistan ərazisində fəaliyyət göstərən çoxsaylı terror təşkilatlarından biridir. Bu terror təşkilatının Qarabağdakı filialı xeyli müddətdir fəaliyyətə başlayıb.

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv