!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilər Qarabağı TƏRK EDİR: “Bu, separatçılar üçün qorxulu ssenaridir”

!Reklam – Yazi

“Ya indiki kimi qaçıb gedəcəklər, ya da Azərbaycanın antiterror əməliyyatına düçar olacaqlar. İkinci variant Qarabağ separatçıları üçün çox qorxulu ssenaridir”.

Bunu 60 separatçının Laçın keçid-buraxılış məntəqəsi vasitəsilə Qarabağı tərk etməsinin səbəblərindən danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Qarabağda yaşayan separatçılar, Azərbaycanın, özünə təhlükə törətməyəcək normal erməni sakinləri ilə dialoq fikrinin tam səmimi və yetkin olduğunu yaxşı başa düşürlər:

“Əlavə olaraq, Azərbaycanın Xankəndidə yurisdiksiyasi gec-tez bərpa olunacaq. Bu gün Azərbaycanın istəyi olmadan artıq Xankəndi və ətrafında hansısa hərbi hərəkətlənmələr, yaxud separatçılıq aparmaq imkanları, demək olar ki, tükənib. Buna görə də vəziyyəti dərk edən separatçılar artıq Qarabağı tərk edirlər.

Azərbaycanın ərazi bütövlüyünün hər zaman bütün beynəlxalq platformalarda dəstəkləndiyi nəzərə alınmalıdır. Bu gün bir qrup Qarabağ separatçısının ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı təxribatçı addımları davam etdirməsinin heç bir adı yoxdur.

Əlavə olaraq separatçılar arasında ciddi bir qorxu var. Çünki onlar Azərbaycanın tələblərini, həmçinin 10 noyabr bəyanatının dördüncü maddəsini yerinə yetirmədikcə, hər an Xankəndidə antiterror əməliyyatının başlana biləcəyindən narahatdırlar. Məhz antiterror əməliyyatı qorxusu separatçıların və onların ailə üzvlərinin Qarabağı birdəfəlik tərk etməyinə səbəb olur.
Hazırkı proseslər tam olaraq separatizmin sonunun gəlməsi demək deyil. Amma istənilən halda ya indiki kimi qaçıb gedəcəklər, ya da Azərbaycanın antiterror əməliyyatına düçar olacaqlar. İkinci variant Qarabağ separatçıları üçün çox qorxulu ssenaridir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1317
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv