!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilər QORXUYA DÜŞDÜ: “Arayik Arutyunyanın müsahibəsi ciddi nəticələrə səbəb ola bilər”

!Reklam – Yazi

Bakıda həbsdə olan Arayik Arutyunyanın müsahibəsi Ermənistanın siyasi dairələrində ciddi narahatlığa səbəb olub.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, ləğv olunmuş oyuncaq qurumun qondarma “prezident”i Arayik Ariutyunyanın Bakı həbsxanasında Azərbaycan mətbuatına verdiyi müsahibə ermənilərin canına qorxu salıb.

Onlar hesab edirlər ki, Arayik Ermənistan və erməni xalqı üçün ağır nəticələrə səbəb ola biləcək bəyanatlar verə bilər.

Məsələn, o, Ermənistanı Qarabağdakı müharibələrə və torpaqların işğal edilməsinə görə məsuliyyət daşıyan ölkə olduğunu vurğulaya bilər.

Yəni bütün bu baş verənlərdə Qarabağ separatçıları yox, Ermənistanın siyasi rəhbərliyi günahkardır.

İndi ermənilər həyəcan və qorxu içində Arutyunyanın müsahibəsini gözləyirlər.

Qeyd edək ki, müsahibənin anonsu bir neçə gün əvvəl dərc olunub, tam müsahibə martın 28-də nümayiş olunacaq.

Xuraman Etibarlı

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv