!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilər Qüdsdə mübahisəli ərazidə Ermənistan bayrağı qaldırdılar - VİDEO

!Reklam – Yazi

Qüdsdə ermənilər “İnək bağı”nın mübahisəli ərazisində Ermənistan bayrağını qaldırıblar.

Yenicag.az xəbər verir ki, noyabrın 15-də “İnək bağı” adlanan ərazidə yəhudilərlə ermənilər arasında toqquşma baş verib. Ermənilər yəhudi şirkəti tərəfindən icarəyə götürülən ərazidə tikinti işləri aparmaq üçün gətirilən texnikanın bu torpaq sahəsinə girişini bağlayıb, barrikadalar qurublar. Polis müdaxilə etməli olub.

İndi yəhudilərin əraziyə girişini bloklayan ermənilər bir az da uzağa gedərək həmin mübahisəli ərazidə erməni bayrağı qaldırıblar.

Qeyd edək ki, 2021-ci ildə Qüdsün erməni patriarxı Nurxan Manukyan, onun müavini Sevan Qaribyan və daşınmaz əmlak üzrə nəzarətçi Baret Yeretsyan iş adamı Dani Rubenşteynlə şəhərin cənub-qərb hissəsini icarəyə götürmək üçün müqavilə imzalayıblar. Erməni məhəlləsi Rubenşteynə 99 il müddətinə verilib.

Ərazinin erməni sakinləri bu xəbəri düşmənçiliklə qarşılayıb. Ermənilərin qəzəbi o həddə çatıb ki, arxiyepiskop Manukyan iqamətgahında gizlənib, daşınmaz əmlaka nəzarət edən keşiş Yeretsyan Kaliforniyaya qaçıb.

Daha sonra arxiyepiskopun müavini Qaribyan etiraf edib ki, sövdələşmə bir hissənin kirayəsi üçün bağlanıb, lakin ləğv etmək üçün çox çalışdıqlarını deyib.

Xuraman Etibarlı

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv