!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənilər revanşdan danışırlarsa, Azərbaycanın yeni antiterror əməliyyatlarına başlaması...” - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan Ermənistanın yerinə yetirmədiyi öhdəliklərin silah gücünə icrasına nail olmalıdır”.

Bu fikirləri son günlər Qarabağda hərbi gərginliyin yenidən artmasının Ermənistan ictimai rəyində necə əks olunduğunu dəyərləndirən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanda 44 günlük müharibədə uğradıqları məğlubiyyət üçün revanş almağa çağıran dairələr fəallaşıb:

“Bu günlərdə Ermənistan mediasında diqqət çəkən məqam budur ki, onlar yenə öz xislətlərinə sadiq qalaraq gərginliyin artmasına görə Azərbaycanı suçlu çıxarmağa çalışırlar. Hazırda onların yanaşması bundan ibarətdir.

Digər tərəfdən, nəzərə almalıyıq ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə yekunlaşsa da, iki ölkə arasında hələ də sülh sazişi imzalanmayıb. Bu da Ermənistandakı müəyyən dairələrə öz revanşist planlarını yenidən gündəmə gətirməyə imkan verir.

Belə görünür ki, Ermənistan hakimiyyəti də Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda bu planın həyata keçirilməsi üçün hərəkətlənib. Bildiyiniz kimi, Ermənisstanın Baş naziri indi Fransada səfərdədir, başqa vəzifəli şəxslər də bir sıra Qərb ölkələrinə yollanıblar. Onlar, böyük ehtimallla, yaranmış vəziyyətdən öz itkilərini bərpa etmək üçün həmin ölkələrdən dəstək istəyirlər. Gərginliyin artmasını da bu planın tərkib hissəsi kimi qiymətləndirmək olar.

İndiki situasiyada Azərbaycan Qarabağda separatçıların nəzarətindəki ərazilərin təmizlənməsi üçün yeni antiterror əməliyyatlarına başlaya bilər. Yəni ermənilər revanşdan danışırlarsa, Azərbaycanın yeni antiterror əməliyyatlarına başlaması yerinə düşəcək addımdır. Başqa sözlə, Azərbaycan Ermənistanın yerinə yetirmədiyi öhdəliklərin silah gücünə icrasına nail olmalıdır”.

A.Zeynalov

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv