!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilər sərhəd-buraxılış məntəqəsini belə atəşə tutdular - VİDEO

!Reklam – Yazi

Ermənistan tərəfinin bu gün “Laçın” sərhəd-buraxılış məntəqəsində törətdiyi hərbi insidentin kadrları yayılıb.

Yenicag.az xəbər verir ki, kadrlarda təxribatı törədənin və atəş açanın ermənilər olduğu aydın görünür.

Xatırladaq ki,15 iyun 2023-cü il tarixdə, saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan hərbçisini yaralayan 2 erməni snayperi zərərsizləşdirilib.

Qeyd edək ki, hazırda “Laçın” sərhəd-buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb. Bildirilib ki, baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, yaxud Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər keçid açılmayacaq.

Həmin görüntüləri təqdim edirik:

www.yenicag.az

359
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv