!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilər sərhədə ağır texnika çıxarır, İran isə kəşfiyyat dronlarını işə salır

!Reklam – Yazi

Erməni istifadəçilərin sosial şəbəkələrdə yaydığı videolarda Ermənistan Silahlı Qüvvələrinin “Smerç” yaylım atəşli sistemləri və digər hərbi texnikanı Azərbaycanla sərhədə çıxardıqları görünür.

Eyni zamanda, azərbaycanlı istifadəçilər hərbi texnika kolonlarının hərəkətinə dair video yayırlar.

Qoşunların yerdəyişməsi barədə materialların yayımlanmasının yolverilməzliyilə bağlı hüquq-mühafizə orqanlarının xəbərdarlıqlarına baxmayaraq, bu cür videolar yayılır.

Ötən gün bəzi Qərb və yerli mənbələr İran tərəfinin şimal sərhədləri boyunca aktivləşdiyini bildiriblər. Belə ki, Azərbaycan, Ermənistan və Türkiyə ilə sərhəd boyunca Şahed 171 kəşfiyyat dronlarının uçduğu bildirilir.

Bundan öncə də iranlılar həmin zonada təlimlər və aviasiya uçuşları keçirərək hərbi fəallıq göstəriblər. Görünür, Tehranda Ermənistanla Azərbaycan arasında növbəti hərbi toqquşmanın mümkünlüyünü hesab edirlər./Turan.az

www.yenicag.az

140
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv