!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilər ŞOKDA: Bakı İrəvandan 130 milyard dollar tələb edəcək

!Reklam – Yazi

“Bakı İrəvandan 130 milyard dollar tələb edəcək”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu İrəvan Ağsaqqallar Şurasına seçkilərdə “Ana Ermənistan” blokunun siyahısına daxil edilmiş Mesrop Manukyan Facebook səhifəsində yazıb.

“İcazə verin, ölkəmizi və başımızın üzərində artan təhlükəni təqdim edim. Bu illər ərzində Azərbaycan Avropanın müxtəlif instansiyalarında Ermənistanı təqribən 130 milyard dollar məbləğində zərər vurmaqda ittiham edərək ona qarşı iddialar qaldırıb.

İndi Artsaxın Azərbaycanın bir hissəsi kimi tanınmasından sonra Bakı 130 milyard dollar məbləğində təzminat tələb edəcək.

Türkcə hər şeyi sevən indiki iqtidarın bu borcun bizə əvvəlkilərdən qaldığını bəyan edəcəyinə şübhəm yoxdur. Amma belə olan halda sözügedən borcu da siz ödəyəcəksiniz, əziz vətəndaşlarım… Adi vətəndaşın hər şeyi başa düşməsi üçün izah edim: hər bir işləyən vətəndaş sağlığında aldığı maaşdan… Azərbaycana yarıdan çoxunu verməli olacaq.

Bəs bunlar (hakimiyyət – red.) bizim maraqlarımızı qorumalıdır? Əlbəttə yox. Borcu ödəmək üçün hətta Yerəvanın adını “İrəvan” qoymağa hazır olacaqlar…

İndiki mübarizəmiz ölkənin türkləşməyə məruz qalmamasıdır…

Bizim mübarizəmiz övladlarımızı, nəvələrimizi türkün quluna çevirməməkdir”.

 Məsimə Məmmədova

www.yenicag.az

1567
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv