!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilərdən Zəngəzurda konsulluqların açılmasına ETİRAZ

!Reklam – Yazi

Sünik əhalisi konsulluqların açılmasından narahatdır.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Sünikdə (Zəngəzur -red.) bir-birinin ardınca konsulluqların açılması rayon sakinlərinin narahatlığına səbəb olub.

Onlar çaşqınlıq və təşviş içərisindədirlər. Başlarının üzərində hansı təhlükənin olduğundan narahatdırlar. Düşünürlər ki, İranın, Rusiyanın, Aİ-nin İrəvanda səfirlikləri və nümayəndəlikləri olduğu halda, Sünikdə konsulluqlar nəyə lazımdır?

“Bəlkə Zəngəzuru ayırıblar? Əgər İrəvanda səfirlik varsa, o zaman İran, Rusiya, Aİ Sünikdə niyə ayrı-ayrı strukturlar açır? Fransa da öz arzusunu ifadə edib. Əgər Sünik rayonu Ermənistan Respublikasının suveren dövlətinə daxildirsə, o zaman bu nə deməkdir? Bu prosesin məqsədi nədir?”, – deyə Tex icmasının ağsaqqallar şurasının üzvü Masis Zeynalyan sual verib.

O deyir ki, onların narahatlığına obyektiv səbəblər var. Əhali özünü qaçqın kimi hiss edir.

“Qaçmağa yerimiz yoxdur, başqa hara qaçaq. Ölkəni tərk edib Rusiyaya, Avropaya gedib evsiz qala bilərsən? Bıçaq artıq sümüyə çatıb. Mən parlamentdə də dedim ki, biz Qarabağı itirdik, indi hədəflərimizi gözləyəcəyik. Tex kəndinin bir hissəsi indi azərbaycanlıların əlindədir.

Hazırda sərhəddə heç bir gərginlik yoxdur, gərginlik əhalinin ürəyindədir. Zəngəzur dəhlizini verdilər, arxayın oldular. Bu hökumət niyə insanların fikirlərini nəzərə almır?”, – Zeynalyan deyib.

Xuraman Etibarlı

www.yenicag.az

218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv