!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilərin 58 faizi Ermənistanın KTMT-dən çıxmasının əleyhinədir - SORĞU

!Reklam – Yazi

Ermənistanda sorğu iştirakçılarının təxminən 58 faizi hesab edir ki, Ermənistanın KTMT üzvlüyünün dondurulması onların maraqlarına uyğun deyil.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, Gallup Beynəlxalq Assosiasiyası Ermənistanda fevralın 26-28-də sorğu keçirib.
Komissiyanın üzvü Aram Navasardyan bu gün keçirdiyi mətbuat konfransında 1100 nəfər arasında keçirilən sorğunun nəticələrini təqdim edib.

Ermənilərdən çətin siyasi vəziyyətin nədən qaynaqlandığını soruşduqda respondentlərin 35,3 %-i “bu, hakimiyyətin səriştəsizliyinin nəticəsidir”, 29,9 % – “kənar qüvvələrin diktəsi ilə qəsdən yaradılmış vəziyyətdir”, 24,2 % “bu, dünyadakı münaqişələrin nəticəsidir” deyib.
Respondentlərin 8,9 faizi bu suala cavab verməkdə çətinlik çəkib.

Növbəti sual “Ermənistanın KTMT-yə üzvlüyünün dondurulması və Ermənistan-Rusiya münasibətlərinin kəsilməsi Ermənistanın və erməni xalqının strateji maraqlarına uyğundurmu?” olub.

Bu suala 23,2 % tam uyğun olduğunu, 13,9 % qismən uyğunlaşdığını, 16,1 % çox güman ki, uyğun gəlmədiyini, 42,8 % ümumiyyətlə uyğun olmadığını bildirib. 4,8 % isə cavab verə bilməyib.

“Təxminən 58 faiz bunun ermənilərin maraqlarına uyğun olmadığını bildirib”, – Navasardyan qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

149
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv