!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilərin “Azərbaycan-İran yaxınlaşması” BLEFİ: “Bununla Qərbə göstərirlər ki...”

!Reklam – Yazi

“Nəticə etibarilə, Bakı ilə Tehran arasında hər hansı yaxınlaşmadan söhbət gedə bilməz”.

Bu fikirləri Ermənistan mediasında yer alan İran-Azərbaycan yaxınlaşmasına dair iddiaları şərh edən iranşünas Sədrəddin Soltan Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə bağlı İranla Azərbaycan arasında heç bir yaxınlaşma yoxdur:

“Tehran Zəngəzur dəhlizini özünə təhlükə kimi görür və onu NATO yolu hesab edir. İran üçün Zəngəzur dəhlizinin açılması İrəvanla Tehran arasında quru yolun bağlanması deməkdir. Əlavə olaraq, İran hakimiyyəti Zəngəzurun Turan yolu, Türkiyə ilə Orta Asiyanın birləşdirici yolu olduğunu bildiyindən, həmin layihəni özünə təhlükə hesab edir.

Nəticə etibarilə, Bakı ilə Tehran arasında hər hansı yaxınlaşmadan söhbət gedə bilməz. İran Zəngəzur dəhlizinin alternativi olan Naxçıvan körpüsü ilə söhbəti bitirmək istəyir. Lakin Zəngəzur dəhlizi ilə Naxçıvan körpüsünün fərqli məqsəd daşıdığını mütləq bilmək lazımdır. Onları qarışdırmaq olmaz.

Ermənistan mediası Zəngəzur dəhlizi ətrafında İran-Azərbaycan yaxınlaşması haqqında xəbərlər yayımlamaqla şantaja əl ataraq Qərbə guya Bakı ilə Tehranın yaxınlaşdığını göstərmək istəyir. Lakin İran səfirlərinin və rəsmi nümayəndələrinin son çıxışlarından da bəllidir ki, Tehran vurğulanan məsələdə hansı diplomatik yolu tutubsa, onu da davam etdirir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv