!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənilərin Azərbaycana qarşı son törətdiyi təxribatda da "Qarabağ klanı"nın..." - Politoloq

!Reklam – Yazi

“Ermənilərin Azərbaycana qarşı son törətdiyi təxribatda da “Qarabağ klanı”nın əli var. Bu təxribatla Paşinyana mane olmaq istəyirlər”.

Bu fikirləri Ermənistanın keçmiş rəhbərliyinin destruktiv bəyanatlarının Azərbaycanla erməni icması arasında danışıqlara təsirindən danışan politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Politoloq Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın bəyanatının hansısa mənfi nəticələrə yol açacağını düşünmədiyini bildirib:

“Serj Sarkisyanın erməni cəmiyyətində nüfuzu yoxdur. Onun verdiyi bəyanatın erməni cəmiyyətində böyük çəkisi ola bilməz. Nüfuzlu şəxs olsaydı, hakimiyyətini qoruyar, Paşinyana təhvil verməzdi. “Qarabağ klanı”nın üzvü olan Sarkisyan Paşinyana müxalif mövqedən çıxış edir. Lakin Ermənistanda Paşinyana qarşı güclü müxalifət yoxdur.

Qarabağ ermənilərinin Paşinyanla yox, “Qarabağ klanı” ilə təmasları var. Ermənilərin Azərbaycana qarşı son törətdiyi təxribatda da “Qarabağ klanı”nın əli var. Bu təxribatla Paşinyana mane olmaq istəyirlər. Paşinyan istəsə, sülh proseslərini sürətləndirə bilər. Sadəcə qorxur və çəkinir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

411
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv