!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənilərin beynəlxalq platformalarda ağızlarının üstündən vurulması onu göstərir ki...” – RƏY

!Reklam – Yazi

“Azərbaycanın vurğulanan vəziyyəti xeyrinə dəyişmək üçün atdığı addımları da qiymətləndirmək lazımdır”.

Bu fikirləri Avropa Şurası Parlament Assmableyası (AŞPA) Nazirlər Şurasının sədri, Latviyanın xarici işlər naziri Edqar Rinkeviçin Ermənistanın qurumdakı təmsilçisinin Azərbaycana yönəlik tənqidlərinə sərt reaksiya verməsi haqqında danışan ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın müxtəlif beynəlxalq platformalarda Azərbaycan əleyhinə əsassız fəaliyyətinə verilən dəstək sürətlə zəifləyir:

“Son onilliklərdə bir çox beynəlxalq qurumların Azərbaycana münasibətdə ikili standartlar əsasında davranmaları, əsassız qərarlar, qətnamələr qəbul etmələri Ermənistanı çox şirnikləndirmişdi. Ona görə də ermənilər hər fürsətdə Azərbaycana qarşı hər hansı əks qərarın çıxarılmasına cəhd göstərirdilər və indi də bu səylərinə son qoymayıblar.

Ermənistanın AŞPA-dakı təmsilçisinin qurumun Nazirlər Şurasının sədrinə “Azərbaycanın beynəlxalq hüquq prinsiplərini pozması” və onun üçün Azərbaycana münasibətdə “qırmızı xətt”lər haqqında yersiz sualı bunun bir göstəricisidir. Təbii ki, ermənilər ötən illərin praktikasına əsaslanaraq istənilən beynəlxalq təşkilatda Azərbaycan əleyhinə rəy yarada biləcəklərinə hələ də inanırlar. Ancaq AŞPA Nazirlər Şurası sədrinin Ermənistan nümayəndəsinə sərt cavabı vəziyyətin nə qədər dəyişdiyini nümayiş etdirir.

O, beynəlxalq hüquq prinsiplərinin “rənglərlə çərçivələnməsi”nin yanlışlığını və bütün ölkələrin hüququn aliliyinə hörmətlə yanaşmalarının vacibliyini deyərək erməni nümayəndəni pərt edib. Ermənilərin bu nümunədə beynəlxalq platformalarda ağızlarının üstündən vurulması onu göstərir ki, onların hər addımbaşı Azərbaycanın əleyhinə qərar qəbul etdirdikləri dönəm geridə qalıb. Burada, əlbəttə ki, Azərbaycanın vurğulanan vəziyyəti xeyrinə dəyişmək üçün atdığı addımları da qiymətləndirmək lazımdır”.

A.Zeynalov

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv